Astara rayonunda istirahət mərkəzində ölüm hadisəsi qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəxsiyyəti hələ ki məlum olmayan kişi istirahət mərkəzinin restoranında dünyasını dəyişib.
İlkin ehtimala görə, onun ürəktutmasından keçindiyi bildirilir . Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az