Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ata övladı üçün fəryad edir: "Mən öz balamın qarşısında aciz qaldım, bəlkə xalqım ona kömək olar"
Dörd yaşlı Camalın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Rüfət Hacıyev məlumat verib.
O bildirib ki, övladı bir neçə xəstəlikdən əziyyət çəkir:
"Camal 2020-ci ildə tam sağlam şəkildə dünyaya gəlib. Bir yaş beş ayına qədər onun səhhətində hər şey qaydasında olub. Həmin dövrdə o, koronavirusa yoluxdu. Virusu yüngül keçirsə də, ondan sonra səhhətində pisləşmə başladı. Həkimlər övladımın koronavirusdan sonra beyninin zədələndiyini dedilər. Camal hazırda dərin autizm, nitq geriliyi, hipotireoz, hipoksik ensefalopatiya, mərkəzi sinir sisteminin zədələnməsi və qaraciyər zədələnməsindən əziyyət çəkir".
Rüfət Hacıyev övladının müalicə və reabilitasiyası üçün hazırda 2 800 manata ehtiyacları olduğunu deyib:
"Camalın səhhəti pisləşdiyi gündən əlimizdən nə gəlirsə, etmişik onun üçün. Evimizi, qızıllarımızı, bütün dəyərli əşyalarımızı övladımın müalicəsi üçün satmışıq. Onun vəziyyəti ilə bağlı yoldaşım işləyə bilmir, son dövrlər ona tək baxa bilmədiyi üçün yoldaşım da məcbur işdən çıxıb. Buna səbəb isə Camalın özünə ciddi şəkildə xəsarət yetirməsidir. Onun xəstəliyi müalicə olunmadığı vaxtlarda çox ciddi təhlükə yarada bilir. Özünə, yaşadığımız evə, ətrafa ziyan verməyə çalışır. Bir ata olaraq onu bu vəziyyətdə görmək məni məhv edir. Xalqıma yalvarıram, mən öz balamın qarşısında aciz qaldım, bəlkə onlar Camala kömək edər. Camalın reabilitasiyası üçün mərkəzlərdən birinə 650, digərinə isə 500 manat ödəniş etməliyik. Bu aylıq dərmanları isə 1 900 manat edir. Müalicələr Camala çox yaxşı təsir edir".
Ailə ilə əlaqə: (051) 987-77-70.
"Kapital Bank": 4169 7385 4493 5046.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var