"Biz daha aktiv olmalıyıq. Ruslar hər zaman başqa millətlərə yuxarıdan aşağı baxıblar. Hətta Almaniyada yaşayan rus dostum da öz ölkəsini qəbul etmir. Deyir ki, Rusiya Stalin dövründən də qəddar dönəmini yaşayır, yeni nəslin daha pis olacağını vurğulayır. Moskva öz çirkin əməlinə bu gün başlamayıb, müstəqillik dövründən öncə də bizə qarşı pis münasibətləri olub. Hələ İkinci Dünya müharibəsi dönəmində azərbaycanlı əsgər rus dilini bilmədiyi üçün güllələnib. Mən də imkan daxilində onlarla mübarizə aparmışam".
Oxu.Az xəbər verir ki, bunu Globalinfo.az-a danışan kinorejissor Ayaz Salayev deyib.
O, 8 il Rusiyada təhsil aldığını bildirib:
"Məni müəllim kimi orada saxlamaq istəsələr də, Bakıya qayıtmağı seçdim. Geri gəlmək səbəblərimdən biri millətçiliyə dözə bilməməyim idi. Bir neçə il əvvəl Rusiyanın bizə qarşı apardığı informasiya savaşı barədə film çəkmək niyyətim olsa da, şərait yaranmadı. İndiki vəziyyət göstərir ki, bizim artıq səbir kasamız dolub. Bundan sonra Rusiya ilə münasibətimiz isti olmayacaq. Biz heç onlarla əsl dost da deyilik, sadəcə qonşu ölkəyik".