Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AYNA Bakının daha bir küçəsində xüsusi hərəkət zolaqları təşkil edir
Bakının Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) xüsusi hərəkət zolaqlarının təşkilinə başlanılıb.
Oxu.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının davamlılığının təmin edilməsi ilə bağlı digər yollarda da bu işlər davam etdiriləcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bakıda 3 ünvandakı avtobus zolaqlarında mindirib-düşürmə yerləri yaradılıb
- 525 nömrəli marşrutda Çin istehsalı olan avtobuslar istismara verilib
- Turistləri qaçırmaq istəmiriksə, nələrə diqqət etmək lazımdır? - ŞƏRH
- Yanacaq, vaxt, stres: Bakıda avtomobildən istifadə avtobusdan daha sərfəlidir?
- Vətəndaşların NƏZƏRİNƏ: Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Ən çox oxunanlar