Tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
Oxu.Az xəbər verir ki, jurnalistin oğu Turqut Əzizlinin Report-a verdiyi məlumata görə, atası səhər saatlarında Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub.
Onun sözlərinə görə, hazırda atası xəstəxananın reanimasiya şöbəsindədir: “Hazırda səhhəti normaldır, amma hələlik narkozdan ayılmayıb. Ona görə də yanına kimsə buraxılmır”.
Turqut onu da qeyd edib ki, Azər Hüseynbalanın ürəklə bağlı problemi olmayıb: “Onun, sadəcə, hipertoniyadan (təzyiqin yüksək olması) şikayəti var idi”.
Qeyd edək ki, tanınmış jurnalist ötən gün infarkt keçirirək, xəstəxanaya yerləşdirilib.
E.Ə.
www.oxu.az