Cari ildə Azərbaycan yollarında 600 yeni rəqəmsal tablosu olan işıqfor quraşdırılıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bu barədə məlumat verib.
Onun sözlərinə görə, işıqforlardan 300-ü paytaxt Bakıda, 300-ü isə rayonlarda quraşdırılıb.
K.Əliyev, həmçinin qeyd edib ki, işıqforlar daimi və fasiləsiz rejimdə quraşdırılır.