Sloveniyanın müdafiə naziri Roman Yakiç (Roman Jakić) avqustun 29-30-da Azərbaycanda işgüzar səfərdə olacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sloveniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti əsasında baş tutacaq.
R.Yakiçin S.Əbiyevlə yanaşı, Azərbaycan prezidenti, xarici işlər və fövqəladə hallar nazirləri ilə də görüşləri planlaşdırılır.