Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.
Oxu.Az-ın xəbərinə görə,bu barədə Olke.Az-a FHN-dən bildiriblər. Nazirliyin Aviasiya dəstəsinə məxsus helikopter qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.
İ.F.