Azərbaycan və Gürcüstan arasında dövlət sərhədində sıxlığın aradan qaldırılması müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanla Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.
Sıxlığın aradan qaldırılması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasındakı "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində Gürcüstandan Azərbaycana keçməyi gözləyən yük avtomobillərinin uzun növbəsi yaranıb. Sürücülərin sözlərinə görə, onlar günlərdir yoldadırlar və sərhədi keçmək üçün hələ ən azı dörd-beş gün gözləməli olacaqlar.