Azərbaycanda 2017-ci ilin ilk uşağı Astara rayonunda dünyaya gəlib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, rayonun Miki kənd sakini, 1998-ci il təvəllüdlü Fərqanə Fərman qızı Mürsəlova saat 00.05 radələrində Astara Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində özünün ilk övladı olan qız uşağını dünyaya gətirib.
Təbii yolla doğulan körpənin çəkisi 4 kiloqramdır.
Ananın və uşağın vəziyyəti normaldır.
S.B.
www.oxu.az