Gəncə şəhərində yaşlı kişi ehtirasının qurbanı olub.
Oxu.Az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsindən Milli.Az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl 45 yaşlı Aytəkin Nəzərova (ad və soyad şərtidir) qonşusu olan 60 yaşlı Nüsrəti polisə verib.
Qadın şikayətində göstərib ki, Nüsrət dəfələrlə onu zorlamaq istəyib. Hər evdən çıxan zaman kişi onu izləyir, blokda tutaraq divara sıxır və ona qarşı seksual xarakterli hərəkətlər edir.
Qadın dəfələrlə kişini xəbərdar etsə də, heç nəyə nail ola bilməyib. Çıxış yolunu polisə şikayət etməkdə görür. Hazırda polis qadının şikayətini araşdırır.