Ailə həyatı qurduqdan sonra Türkiyəyə köçüb orada yaşayan müğənni İradə İbrahimova indi fanatları, onu sevənləri ilə yalnız sosial şəbəkələrin köməyi ilə görüşür.
Oxu.Az Show.az-a istinadən xəbər verir ki, bu günlərdə facebookda İpəyin şəklini paylaşan zaman müğənninin dostları qızını daha çox atası Ceyhuna bənzətdiklərini yazıblar.
Müğənni isə şərhlərə belə cavab verib: “Bu həqiqətlə artıq barışmışam”.
Mütəmadi olaraq özünün və ailəsinin fotolarını facebook, instaqramda paylaşan müğənni yazılan şərhlərə bir-bir cavab yazır.
İradənin və ailəsinin bəzi fotolarını Sizə təqdim edirik.




www.oxu.az