Azərbaycanda prezident seçkilərinin azad və ədalətli əsaslarda keçəcəyini düşünürəm.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar verib.
Seçkilərdə namizədlərin şansları ilə bağlı sualı cavablandıran səfir bildirib ki, bu məsələyə şərh verməsi düzgün olmazdı:
“Mən Azərbaycanın daxili siyasəti üzrə ekspert deyiləm. Seçim Azərbaycanın xalqından asılıdır”.