Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 "Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər" yeni dövlət standartını qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.
Bildirilib ki, yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir.
Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.
Yeni dövlət standartı "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarıb və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
"Azərbaycan Standartlaşdırma İnstitutu" teqi üzrə xəbərlər
- Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- Azərbaycanda instituta direktor əvəzi təyin olundu
- ESG standartı tətbiq etməyən şirkətlərlə bağlı hansısa cərimə və cəza tətbiq edilə bilər?
- İlham Bayramov: "Şirkətlər ESG tətbiq etməklə beynəlxalq səviyyədə rəqabət üstünlüyü əldə edəcəklər"