Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağdamın Sarıcalı kəndinə köçən 35 ailəyə evlərin açarları təqdim edilib
Aprelin 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Bu barədə Oxu.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə köçürülən 158 nəfərdən ibarət 35 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin bir qrupu aprelin 30-da Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə kəndə 35 ailə - 158 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Oxu.Az xəbər verir ki, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 35 ailə - 158 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər.
Bu köç də nəzərə alınmaqla ümimilikdə 184 ailə - 767 nəfərin Ağdam rayonunun Sarıcalı kəndində məskunlaşması təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Daha çox foto burada: PhotoStock.az
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Onuncu Milli Marketinq Forumuna son üç gün qaldı
- Səhiyyə Nazirliyi tərəfindən Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib
- Əhməd İsmayılov Vətən müharibəsində və ondan sonrakı dövrdə medianın fəaliyyətindən danışıb