Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir, axşam buludluğun artacağı gözlənilir.
Oxu.az xəbər verir ki, bu barədə Gün.Az-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 34-39, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında arabir güclənəcək şimal küləyinin sürətinin bir qədər artması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
www.oxu.az