Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzil yanğından mühafizə olunub".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, 13:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Masazır kəndi ərazisindən yanğın səbəbi ilə çağırış qeydə alınıb, xəsarət alan olmayıb.
Abşeron rayonunun Masazır kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerindən görüntünü təqdim edirik: