Naxçıvan Dövlət Universitetinin (NDU) İqtisadiyyat və marketinq kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.
Bu barədə Oxu.Az-a sözügedən universitetdən məlumat verilib.
Elşən Nurəddin oğlu Nəsirov 1964-cü il sentyabrın 29-da Naxçıvan şəhərində anadan olub.

O, əmək fəaliyyətinə 1983-cü ildə başlayıb, müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışıb.
Elşən Nəsirov 2000-2002-ci illərdə Naxçıvan Özəl Universitetində müəllim, 2002-11-ci illərdə isə "İdeal" firmasının direktoru olub.
2020-ci ildən NDU-nun İqtisadiyyat və marketinq kafedrasında müəllim kimi fəaliyyət göstərib.