"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla sazişin müddəalarının həyata keçirilməsi Səhiyyə Nazirliyinə tapşırılıb.
Qeyd edək ki, saziş 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanıb.
Qaynar xətt:
(055) 224 12 12