“Azərbaycanda koronavirusla əlaqəli tibb müəssisələrində çalışmaq üçün 1 753 tibb işçisi səfərbər edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, onlardan 720-si tibb bacısıdır:
“Modul tipli xəstəxanalar üçün də heyət hazırlanır. Virusla mübarizə aparmaq üçün tibbi heyətin üç min nəfərə çatdırılması planlaşdırılır”.
Sədr əlavə edib ki, hazırda məhdudiyyətlərin aradan qaldırılmasından sonrakı mərhələ təhlil edilir.
İlhamə Əbülfət