Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda ömürlük cəza çəkən əcnəbilərin sayı AÇIQLANDI
"Azərbaycandakı cəzaçəkmə müəssisələrində Banqladeş, Çin, Hindistan, Konqo, Livan, Maldiv, Ermənistan, Mərakeş, Nigeriya, Qvineya, Sudan, Tacikistan, Oman, Rusiya, Ukrayna və s. ölkələrin vətəndaşları var".
"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi" mövzusunda seminarda deyib.
O bildirib ki, həmin əcnəbilər arasında ömürlük cəza çəkən şəxslər də var.
"Onların 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaşıdır. Vətəndaşlığı olmayan dörd nəfər də ömürlük cəza çəkir".
"Ədliyyə Nazirliyi Penitensiar xidməti" teqi üzrə xəbərlər
- Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib
- Bakı həbsxanasında daha bir məhkum öldü - 09.01.2025
- Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi
- Bakı həbsxanasında daha bir məhkum öldü - 08.01.2025
- Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
Rəylər