Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tukanov həbs edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, M.Tukanova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktı M.Tukanovun ailəsi təsdiqləyib.

A.M.