Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, R. Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq.
Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
***
13:50
Almaniyada xəstəxanada vəfat edən xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gecə Bakıya gətiriləcək.
Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında mərhum xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova deyib.
Onun sözlərinə görə, R.Hüseynovun nəşi bu gün Bakı vaxı ilə 20.00-da Almaniyadan yola salınacaq. Mərhumun nəşini gətirən təyyarə gecə saatlarında Bakıya çatacaq.
Qeyd edək ki, uzun illər ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov oktyabrın 28-də Almaniyanın Düsseldorf şəhərindəki xəstəxanalardan birində vəfat edib.
A.M.