Xırdalanda qardaş qardaşı qətlə yetirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Xırdalan şəhəri Hüseyn Arif küçəsi, 84 ünvanında qeydə alınıb.
1972-ci il təvəllüdlü Ağaşərif Tofiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində qardaşı, 1974-cü il təvəllüdlü Əbdülü bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən A. Hüseynov tutulub.
Faktla bağlı araşdırma aparılır.