Son vaxtlar toy edən cütlüklərin sevgi hekayələrindən (“Love story”) ibarət qısa filmlərə marağı artıb. Cütlüklər necə tanış olduqlarını videoya çəkib toy günü qonaqlara nümayiş etdirirlər. Bəs bir sevgi hekayəsinin ərsəyə gəlməsi neçəyə başa gəlir?
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, toy etməyə hazırlaşan cütlüklər şəkillərdən ibarət videolardan çox, tanışlıq prosesinin canlandırılmasıni istəyirlər.
Qiymət “Love story”nin çəkilişinə sərf edilən vaxta görə müəyyən olunur. Xronometrajı böyük olan videoların qiyməti daha baha olur. Hotel, rayon çəkilişi və ya restoran xərci isə qiymətə daxil edilmir.
Maraqlı tanışlıq hekayəsi olmayanlar isə retro çəkilişlərə üstünlük verirlər.
Sevgi hekayələri toy günü monitorlar vasitəsi ilə qonaqlara nümayiş olunur. Bu videoları “Youtube” portalına yükləyənlərin sayı da az deyil.
S.B.
www.oxu.az