Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə ötən il Azərbaycandan aldığı qazın həcmini açıqladı
Azərbaycan Türkiyəyə qaz idxalının həcminə görə üçüncü sırada yer alıb.
2016-cı ildə Türkiyənin təbii qaz idxalı əvvəlki illə müqayisədə 4,2 faiz azalaraq 46 milyard 352 milyon kub metrə düşüb.
Oxu.Az hurriyet.com-a istinadən xəbər verir ki, bu barədə Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) "2016-ci ilin Təbii qaz bazarı Sektor Hesabatı"da qeyd edilib. Sənəddə bildirilib ki,Türkiyənin təbii qaz idxalı keçən il 2015-ci illə müqayisədə 4,2 faiz azalaraq 46 milyard 352 milyon kub metrə düşüb.
Rusiya qaz idxalına görə Türkiyə bazarının ən böyük payçısı olub.Bu ölkə ötən il Türkiyəyə 24 milyard 540 milyon kubmetr təbii qaz satışı reallaşdırıb.İran qaz idxalında ikinci sırada yer alıb.Türkiyə İrandan 7 milyard 705 milyon kubmetr qaz alıb.
Azərbaycan isə üçüncü sırada qərarlaşıb. SOCAR Türkiyəyə 6 milyard 480 milyon kubmetr qaz satıb.
L.Ə.