1978-ci il Xankəndi rayonu Şuşakənd kəndində anadan olan, 2025-ci ilin iyununda vəfat edən Teymur Ələsgərova doğum haqqında şəhadətnamə veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Şirvan İnzibati Məhkəməsi qərar qəbul edib.
Belə ki, iddiaçı mərhum yoldaşı T.Ələsgərovun 1978-ci il Xankəndi rayonu Şuşakənd kəndində anadan olmasına dair doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar çıxarılmasını xahiş edib.
İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, o, məcburi köçkün kimi Ağcabədi rayon ərazisində məskunlaşıb. 2003-cü il martın 3-də Laçın rayonu Fingə kənd sakini olmuş X.Z. ilə ailə qurub, 3 övladı dünyaya gəlib. Teymur Ələsgərov 2025-ci il iyunun 28-də vəfat edib.
T.Ələsgərovun doğum haqqında şəhadətnaməsinin təqdim edərək onun barəsində doğum akt qeydinin bərpa edilməsi məqsədilə Laçın rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin şöbə tərəfindən qeydiyyat şöbələrinin arxiv sənədləri üzrə yoxlama aparıldığı və doğum akt qeydinin aşkar edilmədiyi bildirilib. Bununla belə kifayət qədər əsas olmadığını əsas göstərərək doğum haqqında akt qeydinin bərpa edilməsindən 2025-ci il iyulun 8-də imtina edilib.
Şirvan İnzibati Məhkəməsinin qərarı ilə 1978-ci ildə Xankəndi rayonu, Şuşakənd kəndində anadan olan Teymur Ələsgərovla bağlı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulub.