İmişli rayonunda üçüncü dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yerli vaxtla saat 11:51:01-də Beyləqandan 34 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4,1, dərinliyi 25 km olub.
09:30
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a bildirilib ki, hadisə yerli vaxtla saat 08:46-da baş verib.
5,6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.