Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA
Aprelin 26-sı saat 12:00-a olan məlumata əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatına əsasən 25-i gün ərzində əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb.
Düşən yağıntının miqdarı Qaxda altı, Gədəbəydə beş, Şahbuz, Daşkəsən və Şəkidə üç, Kəlbəcər, Sədərək və Balakəndə iki, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda bir mm-dək olub.
Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 32, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
- Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
- FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
- Bakıda yağış yağacaq, şimşək çaxacaq - Həftənin ilk iş gününün HAVASI
- Gələn həftə bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ