Bakıda 41-ci Dünya Skaut Konfransı öz işini davam etdirir.
Oxu.Az xəbər verir ki, konfransın ikinci gününün əlamətdar hadisələrindən biri Dünya Skaut Komitəsinə namizədlərin təqdimatı olub.
Təqdim olunan 19 namizəddən 12-si səsverməyə qoyularaq 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə üzv seçiləcək.
Namizədlərdən biri Azərbaycan Skautlar Assosiasiyasan rəhbəri İlyas Ismayıllıdır. İ.İsmayıllı komitəyə namizədliyi irəli sürülən iki gənc namizəddən biridir. Səsvermənin nəticələri sabah - konfransın üçüncü günündə məlum olacaq.
E.Ə.
www.oxu.az