Çeboksarıda yaşayan azərbaycanlının borcları üzündən avtomobili müsadirə edildi.
Oxu.Az bildirir ki, Çeboksarı şəhərinin, Lenin rayon MİT-də Azərbaycan vətəndaşının 1 milyon rubldan artıq borcu olduğu barədə çıxarış var.
Borclu olan şəxs bank təşkilatlarından birindən 900 min rubla yaxın kredit götürsə də borclarını könüllü şəkildə qaytarmağa tələsməyib.
Bundan əlavə Çeboksarı-online xəbər verir ki, həmin şəxsin yol hərəkəti qaydalarını pozması barədə administartiv cərimələri mövcuddur.
Məhkəmə icraatı nümayəndəsi tərəfindən cavabdehin 2012-ci il buraxılışı olan “Nissan Teana” avtomobili həbs tətbiq edilərək xüsusi dayanacağa aparılıb.
Əgər 10 gün ərzində o borclarını qaytarmasa, avtomobil müvafiq qaydalar üzrə qiymətləndiriləcək və realizə üçün göndəriləcək, satışdan əldə olunan pullar isə iddiaçılara təqdim ediləcək.
Elvin Əhmədov
www.oxu.az