Son günlər “İçərişəhər” tarixi-memarlıq qoruğunun ziyarətçilərinin sayı kəskin artıb.
Təəssüf ki, ziyarətçiləri burada aparılan yenidənqurma işləri deyil, Macarıstanın İçərişəhərdə yerləşən səfirliyi maraqlandırır.
Dəstə-dəstə səfirliyin qarşısına toplaşan bakılılar viza almağa ümid edirlər.
Lakin səfirlikdən bakılılarla “Qapı” realiti-şousunu oynamaq qərarına gəliblər. Qaydalara əsasən, səfirliyin qapısından keçən ilk şəxs digərlərinə gözləməyin əbəs və qoruğun tərk edilməli olduğunu bildirəcək.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, səfirliyin oyunu Azərbaycandakı “Wizzair” şirkətinin Bakı-Budapeşt reysini açmasından sonra başlayıb. Biletlərin qiyməti 50 avrodan başlayır. Əslində isə hər şey göründüyü kimi sadə deyil.
Məsələ ondadır ki, səfirlik bakılıları hər dəfə 25 nəfər olmaqla, həftədə üç dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) qəbul edir.
Lakin bir ay ərzində təxminən 2800 nəfərin bilet alsa da, səfirlik ayda maksimum 300 nəfərə viza verə bilir.
Hazırda Macarıstanın Bakıdakı səfirliyinin qarşısında insanlar toplaşır və aksiya keçirirlər. Bayıra çıxan mühafizə xidmətnin əməkdaşları (azərbaycanlılar) onların üstünə qışqırır və... Və hər şey yenidən təkrarlanır. Bəs nə qədər? Bunu isə heç kim bilmir...