Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna may ayının 1-ə qədər yığılan vəsaitin məbləğini açıqlayıb.
Gün.Az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fondun manat hesabına toplanmış vəsaitin məbləği may ayının 1-nə 40 milyon 191 min 074 manat təşkil edib.
Fondun dollar hesabında isə 208 min 791 ABŞ dolları məbləğində vəsait var. Avro hesabındakı vəsait isə dəyişməz olaraq qalıb - 593 avro.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
www.gun.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin