İsveçin paytaxtı Stokholm şəhərinin Botkirka rayonunda 1915-ci il hadisələrinə dair qondarma erməni “soyqırımı” abidəsinin tikilməsi bu şəhərdə yaşayan türkiyəli və azərbaycanlı sakinlərin etirazı ilə qarşılanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, süryani, assur və erməni icmasının gündəmə gətirdiyi təklif ötən gün Botkirka bələdiyyə məclisində səsverməyə çıxarılıb.
Səsvermə barədə məlumat əldə edən yerli Azərbaycan və Türkiyə icmasının nümayəndələri bələdiyyə binasının qarşısında etiraz aksiyası keçiriblər.
Bütün etirazlara baxmayaraq bələdiyyə məclisi abidənin tikilməsi istiqamətində qərar qəbul edib.
Bildirilir ki, məclisdə səsverməyə çıxarılan təklifə 9 partiyadan 8-i dəstək verib. Bələdiyyə məclis üzvlərindən 54 nəfəri təklifin lehinə, 5 nəfər isə əleyhinə səs verib.
Məlumata görə, 87400 sakini olan Botkirka rayonunda 10000 türk yaşayır.