Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda şirkətdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ olub? - İDDİA
"Gözəl Təbiət" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Məlumatda qeyd olunub ki, sözügedən MMC-də ilan əleyhinə vurulan dərman zəhərlənmə hadisəsi ilə nəticələnib.
Sözügedən iddia ilə bağlı Oxu.Az-a bildirilib ki, hadisə 3 gün öncə baş verib.
Adının çəkilməsini istəməyən şikayətçi vurğulayıb ki, dərmanlanan əraziyə yalnız 3 gün sonra getmək olar:
"Lakin 1 gün sonra hər kəsi işə çağırdılar. Əksəriyyəti qadın olmaqla, 10-a yaxın işçi zəhərlənib. Şirkət heç bir köməklik etmədi. Üstəlik işçilər təhdid edildi ki, kiməsə desəniz, sizi qovacağıq".
Məsələ ilə bağlı məlumat almaq üçün "Gözəl Təbiət" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri Nizami Heybətov ilə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında məlumatı təkzib edib:
"Belə bir hal yaşanmayıb, yanlış məlumatdır. Sadalanan iddiaların heç birinin əsası yoxdur. Şirkətdə həşəratlar, viruslar əleyhinə davamlı dezinfeksiya tədbirləri keçirilir.
Şirkətimiz Azərbaycanın ən böyük istixana komplekslərindən biridir. 1 500-ə yaxın əməkdaşımız var. Təhlükəsizlik qaydaları ən yüksək səviyyədə qorunur".
O qeyd edib ki, şirkətdə sonuncu dəfə iyul ayında ilan əleyhinə dərmanlama prosesi olub.
Məhərrəm Əliyev
Rəylər