Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
Doqquzaylıq körpə Amin ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Aytən Sleptsova məlumat verib.
Gənc ana övladının ehtiyatsızlıq ucbatından yandığını bildirib:
"Amin 2023-cü ilin dekabr ayında dünyaya gəlib. Aminin autizm xəstəliyindən əziyyət çəkən bacısı var. Martın 10-da o bilmədən termosu Aminin üzərinə dağıdıb. Həmin gün biz xəstəxanaya yollandıq, bir müddət orada müalicə alsaq da, artıq evə çıxmışıq. Aminin müalicəsi üçün hazırda 600 manata ehtiyacımız var".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərdən imdad diləyib:
"Biz Bakıda kirayədə yaşayırıq. Evdə tək yoldaşım işləyir, onun maaşı ilə güclə dolanırıq. Amin yandığı üçün əlimizdə olan son pulu da xərcləmişik. Müalicəni davam etdirmək üçün maddi gücümüz qalmayıb. Yardımsevər şəxslərdən övladıma yardımçı olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 274-67-93.
UniBank: 5243 7544 4140 6913.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
Rəylər