Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları 100-dən çox ailəyə ərzaq yardımı edib - FOTO/VİDEO
Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilib.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında DGK da bütün səylərini səfərbər edib.
Bildirilib ki, koronavirus infeksiyası ilə mübarizə çərçivəsində aztəminatlı ailələrə yardım kampaniyasına Bakı Baş Gömrük İdarəsi də qoşulub.
Baş İdarənin əməkdaşları 100-dən çox ailəyə baş çəkərək, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, profilaktik söhbətlər aparıb, evdə qalmağı tövsiyə ediblər.
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?