Avropa Oyunları ilə əlaqədar Bakı Bulvarında post terminalların quraşdırılmasına başlanılıb.
Oxu.Az-ın ANS TV-yə istinadən məlumatına görə, bu ödəniş qurğuları əsasən Bulvardakı əyləncə mərkəzləri, idman kompleksləri, kafe və restoranlarda quraşdırılır.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, məqsəd xarici qonaqlar və turistlərin alış-verişinə səmərəli imkan yartamaqdır.
Bir çox obyektlərdə post terminal var və fəaliyyət göstərir. İndi isə olmayan yerlərdə qurlaşdırlıacaq.