Bakı Metropolitenində qatarların hərəkətində gecikmə qeydə alınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən axşam saat 18:20-dən etibarən “Həzi Aslanov” istiqamətində qatarların hərəkətində gecikmə müşahidə olunub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, gecikmələrə səbəb “İnşaatçılar” stansiyasında vaqonun qapılarından birinin açılmaması olub.
Vaqonun qapısı açılıb sərnişinlər təxliyyə olunduqdan sonra qatar depoya göndərilib.
