Futbol üzrə Azərbaycan kubokunun sahibi “Neftçi” olub.
Oxu.Az-ın məlumatına görə, Qəbələ şəhərinin eyni adlı komandası ilə keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. Penaltilərdən daha yaxşı yararlanan (3:2) Bakının “Neftçi” klubu Azərbaycan kubokunun bu ilki sahibi oldu.
Xatırladaq ki, oyununda hesabı 53-cü dəqiqədə “Neftçi”nin oyunçusu Samir Məsimov açmışdır. Qəbələ isə bərabərlik topunu 72-ci dəqiqədə vurmuşdur.