Bakı metrosunda ölüm hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Bakı metropolitenindən bildirilib.
Məlumata görə, “Dərnəgül”-“Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.
Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin “Xalqlar dostluğu” stansiyasına çıxarılıb, təcili tibbi yardım çağırılıb. Məlum olub ki, sərnişin vaqondan çıxarılana qədər dünyasını dəyişib.