Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərində Bakı-Qazax-Bakı istiqamətində əlavə reyslər təyin ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, qatar Bakıdan Qazaxa səhər saat 7:45-də, Qazaxdan Bakıya isə 16:40-da yola düşəcək.