Bakıda hökumət evinin qarşısında nəhəng Yeni İl küknarı qurulur.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Day.Az saytının məlumatına görə, hazırda Yeni İl simvolunun metal konstruksiyaları qurulur.
Ağacın hündürlüyü 36 metr təşkil edəcək. Metal konstruksiyanın üzərinə süni yaşıllıq çəkiləcək və illüminasiya quraşdırılacaq.
Quraşdırma işləri bir neçə gün davam edəcək.
Dənizkənarı parkda isə küknar ağaclarının quraşdırılması dekabrın 20-dən 25-ə qədər həyata keçiriləcək.