Sizə dekabr ayının 31-də Qəbələdə çıxış edəcək türkiyəli müğənni Pətək Dinçözün konserti barədə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, gecədə Pətəkdən öncə səhnəyə müğənni Gökhan Erolun çıxacağı bildirilsə də, onun çıxışı ləğv olunub.
Həmin gün Gökhan Erolu Sima Qasımova əvəz edəcək. Konsertdə Sima iki saat ərzində öz ansamblı ilə çıxış nümayiş etdirəcək. Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq gecədə azərbaycanlı və türkiyəli müğənnilərin birgə dueti də nəzərdə tutulub.
Aytən Sadıqzadə
www.oxu.az