Bakıda 2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını 261 ümumi təhsil məktəbində 839 qrupda 23 130 uşaq bitirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.Az-a verilən məlumata görə, növbəti ildən isə 25 000-dən artıq uşağın məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur.
I sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40 805-i ümumi təhsil məktəblərinə, 3 359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib.
Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 28 165 müəllim fəaliyyət göstərir.
Zülfiyyə Qurbanova
www.oxu.az