Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda dəhşətli qəzada xəsarət alanlardan ikisi evə buraxıldı
"Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan doqquz nəfərdən ikisi ambulator müalicə üçün evə buraxılıb".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd verib.
"Vəziyyətləri ağır, orta-ağır olan digər yaralıların müalicələri müvafiq şöbələrdə davam etdirilir", - deyə R.Məmməd bildirib.
Əzizə İsmayılova
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 23-də Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə doqquz nəfər şəxs (altı nəfər kişi cinsli, üç nəfər qadın cinsli) bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan üç nəfər əməliyyata alınıb, bir nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - deyə məlumatda bildirilir.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən dəhşətli qəza zamanı xəsarət alanların adları məlum olub.
Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən bəziləri Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Yaxınlarının sözlərinə görə, onların vəziyyəti ağırdır. Bir neçə yaralı isə digər şöbələrə yerləşdirilib. Yaralılardan ikisinin qardaş olduğu bildirilir.
Xəsarət alan şəxslər:
- Tural Hüseynov;
- Adəm Mirzəyev;
- Sultan Sultanlı;
- Ramal Məlikov;
- Ramin Məlikov;
- Həsən Qasımzadə.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Mercedes Sprinter" markalı mikroavtobusun aşması nəticəsində ağır qəza baş verib.
Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda şəxs yaralanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
- Göygöldə avtomobillər toqquşdu - Xəsarət alanların son durumu AÇIQLANDI
- Qobustanda yük və minik maşınları TOQQUŞDU: Xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
- Bakı-Quba yolunda QƏZA: Avtomobil yararsız hala düşdü
- Türkiyədə tələbələri daşıyan mikroavtobus aşdı - Xəsarət alanlar var