Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Səhiyyə naziri "İmmunlaşdırma həftəsi" ilə bağlı əmr imzalayıb
Azərbaycanda aprelin 27-dən mayın 3-dək "İmmunlaşdırma həftəsi" keçiriləcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi"nin Azərbaycanda da yüksək səviyyədə təşkilidir.
Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında təşkilatı-hüquqi formasından asılı olmayaraq, uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb idarə və müəssisələrin rəhbərlərinə "İmmunlaşdırma həftəsi"nin keçirilməsi tapşırılıb.
Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.
"Teymur Musayev" teqi üzrə xəbərlər
- Teymur Musayev: "Tibb sahəsində 70 yaşı olan insanlar da çalışırlar"
- Fəaliyyətinə icazə verilən 42 plastik cərrah Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində işləyəcək
- Ülviyyə Qurbanovanın mətbəxdə əməliyyat etdiyi şəxs dünyasını dəyişib
- Səhiyyə Nazirliyi tərəfindən yeni təşəbbüs: Sertifikasiya və peşəkar inkişaf üçün yeni seçim imkanı
- Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə