Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Binəqədi rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə iyulun 3-də qeydə alınıb. Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov evlərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb.
N.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.