Özəlləşdirmə proqramı təhsil müəssisələrinə də çatdı.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda H.Ələsgərov, ev 27 ünvanındakı uşaq bağçası satışa çıxarılıb.
2 mərtəbəli bina 1937-ci ildə istifadəyə verilib. Bağçanın ümumi torpaq sahəsi 0,31 ha-dır. İndi burada 30 nəfər işçi çalışır. Bağçanın əsas korpusu, əlavə tikilisi, anbarı, su qazaxanası, oyun otaqları və digər əmlakları var.
Qeyd edək ki, hələlik bağçanın ilkin satış qiyməti açıqlanmır.
U.A.
www.oxu.az