Dünən bir gündə beş azyaşlının dərmandan zəhərlənməsi hadisəsi dərmanların keyfiyyətsizliyi və həkim səhlənkarlığı məsələsini gündəmə gətirsə də, əsas səbəb başqa imiş.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, zəhərlənmə hadisələri sadəcə valideyn səhlənkarlığı ucbatından baş verib.
Həkim Vaqif Qarayev bildirib ki, uşaqlardan ikisi sirkə turşusu, üçü isə qıcolma əleyhinə və sakitləşdirici dərmanlardan zəhərlənib: “Valideyn məsuliyyətsizliyi göz önündədir! Bəlkə yazıların istiqamətini və məzmununu dəyişib, valideynləri məsuliyyətə səsləyək?!”
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov faktı təsdiqləyib.
Qeyd edib ki, uşaqlardan ikisi sirkə turşusundan, ikisi qıcolma və sakitləşdirici dərmandan, biri isə burun damcısından zəhərlənib: “Hazırda onlardan ikisi evə buraxılıb. Üçünün vəziyyəti isə orta ağırdır, yaxşılaşmağa doğru gedir. Zəhərlənmə hadisəsi valideyn nəzarətsizliyi səbəbindən baş verib”.
11:45
Bakıda beş azyaşlı dərmandan zəhərlənib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, ötən gün ərzində paytaxtın müxtəlif ünvanlarından beş uşaq dərman zəhərlənməsi diaqnozu ilə Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
3 yaşlı Həsən Rəhmalı, 2 yaşlı Zeynəb Əliyeva, 6 yaşlı Toğrul Xəlilli, 7 yaşlı Allahverdi Zeynalov və 3 yaşlı Şahin Səfərova tibbi yardım göstərilib. Həkim müdaxiləsindən sonra onların vəziyyətinin normallaşdığı bildirilir.
E.Ə.
www.oxu.az